Qubada dağlıq ərazidə baş verən yanğın söndürülüb -  YENİLƏNİB

19:05 23.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, Quba rayonu, Gədikqışlaq kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

Hafta.az bu barəfə FHN-ə istinadən bildirir.

Həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki müdafiə qoşunlarının qüvvələri iştirak edib.

*** 15:30

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonu, Gədikqışlaq kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Hafta.az bu barəfə FHN-ə istinadən bildirir.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.